Bu ilin iyun ayında Azərbaycana Yaxın Şərq ölkələrindən22600turist səfər edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə32% azdır...
“Report”Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, ötən ay Səudiyyə Ərəbistanından10392nəfər (- 29 %), İsraildən3446nəfər (-18%), Küveytdən2135nəfər (-39%), BƏƏ-dən1893nəfər (-49%), Omandan1356nəfər (-52%), Misirdən736nəfər (-22%), İordaniyadan1 008nəfər (-12%), İraqdan529nəfər (-21%), Bəhreyndən465nəfər (-34%), Yəməndən1 143nəfər (+10%), Qətərdən204nəfər (-47%), Livandan137nəfər (+6%), Fələstindən60 nəfər(ötən ilin iyun ayında bu ölkədən turist gəlməyib), Suriyadan isə7 nəfər(+40%) turist gəlib.
Ümumilikdə iyunda Azərbaycana237 509turist gəlib ki, bu da ötən ilin eyni dövrünə nisbətən11 %azdır. Ən çox turist Rusiyadan (73 415 nəfər, - 11%), Türkiyədən (40 326 nəfər, +5 %) və İrandan (15 297 nəfər, - 11 %) gəlib.
Poliqon.info