AZ

Deputat Mahir Süleymanlı tətil günlərində də seçicilərlə görüşlərini davam etdirir



Yay tətili olmasına baxmayaraq millət vəkillərinin əksəriyyəti adi iş rejimində çalışaraq seçiciləri ilə müntəzəm şəkildə görüşlər keçirir, onların qayğıları, problemləri ilə maraqlanırlar.

Newscenter.az-ın xəbərinə görə, Milli Məclisin deputatı Mahir Süleymanlı da tətil günlərində seçiciləri ilə görüşlərini davam etdirir. Belə ki, iyunun 26-da Şabran rayonunun Rəhimli kəndində vətəndaşlarla növbəti görüşünü keçirib.

Sosial şəbəkə hesabında seçiciləri ilə keçirdiyi görüş barədə məlumat verən millət vəkili bildirib ki, görüş zamanı sakinlərin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, müvafiq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Süleyman
Seçilən
20
1
newscenter.az

2Mənbələr