AZ

"Arka Sokaklar"da gözlənilməz dəyişiklik - Bu aktyor seriala qayıdır

Türkiyənin reytinqli layihələrindən olan "Arka Sokaklar"da gözlənilməz dəyişiklik olacaq.

Far.Az xəbər verir ki, layihəni bir neçə mövsüm əvvəl tərk edən Rıza Babanın (Zafer Ergin) kürəkəni Ali Akdoğan (Alp Korkmaz) yenidən ekranlara qayıdır. 

O "Kanal D"də yayımlanan serialın 20-ci mövsümündə rol alacaq. 20-ci mövsümün çəkilişlərinə avqustun ikinci həftəsindən stsrat veriləcək. 

Qeyd edək ki, "Arka Sokaklar" 2006-cı ildən yayımlanır. Rollarda Şevket Çoruh, Oya Okar kimi məşhur simalar da yer alırlar. 

Seçilən
72
far.az

1Mənbələr