Enerji səmərəliliyi mütəxəssisləri xəbərdarlıq edir: sadə görünən bu üsul həm təbiəti qoruyur, həm də cibinizə qənaət etdirir! Artıq Avropada milyonlarla evdə istifadə edilən və enerji sərfiyyatını 30-40% azaldan bu sistem, Azərbaycanda da rahatlıqla tətbiq oluna bilər.
"Bakuinfo" xəbər verir ki, Avropada geniş yayılan bu üsulda ağıllı priz və zamanlayıcı sistemləri birgə istifadə olunur. Gündəlik həyatda istifadə etdiyimiz kombi, elektrikli qızdırıcı, çaydan (kettle), paltaryuyan kimi yüksək enerji sərf edən cihazlar bu prizlərə qoşularaq yalnız lazım olan saatlarda işləmək üçün proqramlaşdırılır.
Bu üsulun üstünlükləri:
Cihazlar “standby” rejimində belə enerji sərf etmir
Gecə və ya aşağı tarifli saatlarda avtomatik işləməyə başlayır
Prizdə unudulan adapterlər və sönməyən modemlər artıq enerji israfına səbəb olmur
Mütəxəssislər bildirir ki, evdəki elektrik cihazları düşünülmədən böyük enerji sərfiyyatına səbəb olur. Aşağıda sadalanan cihazlar ümumi enerji sərfiyyatının 20-25%-ni təşkil edir:
Prizdə unudulan adapterlər
Daim işlək vəziyyətdə qalan modemlər
“Gözləmə rejimində” (standby) olan televizorlar
ENERJİ MÜTƏXƏSSİSİNDƏN AÇIQLAMA
Enerji səmərəliliyi üzrə ekspert Elçin Əliyev bildirir:"Əgər ağıllı zamanlayıcılar istifadəçi vərdişlərinə və enerji tariflərinə uyğun şəkildə proqramlaşdırılarsa, aylıq elektrik xərclərinə 30-40% qənaət mümkündür. Bu sistem artıq Avropada təkcə ekologiya üçün deyil, iqtisadi səbəblərlə də geniş istifadə olunur."
AZƏRBAYCANDA TƏTBİQ OLUNSA NƏ OLAR?
Əgər bu sistem Azərbaycanda tətbiq olunsa, enerji sərfiyyatı xeyli azalar, xüsusilə yayda kondisioner, qışda isə istilik sistemlərində böyük qənaət əldə oluna bilər. Bu isə aylıq elektrik haqlarında ciddi fərq yaradacaq.