AZ

Mustafa Sandal xəstəliyini açıqladı -Saç qopatma...


Türk pop musiqisinin unudulmaz adlarından olan Mustafa Sandal saç yolma pozğunluğu olaraq bilinən trichotillomania xəstəliyinə tutulduğunu açıqlayıb.

Medicina az bildirir ki, verilişlərdən birində qonaq olan Sandal açıqlamalar verib:

"Əvvəllər trichotillomania (saç yolma pozğunluğu) xəstəliyindən əziyyət çəkirdim, amma indi bu hal azalıb. Düşündüyüm zaman barmağımı başımda gəzdirib saçlarımı qoparırdım".



Mustafa Sandal 2022-ci ildə ailə qurduğu Melis Sütşurupla xoşbəxt olduğunu bildirib:

"Sevgimizin təməli dostluğumuzdur. Həyatda ən yaxşı dostumdur,mən də onun. Birlikdə olmaqdan, birlikdə səyahət etməkdən zövq alırıq".

Sənətçi ara-sıra mübahisə etdiklərini də deyib:

"Mübahisələrimizdə 99,4 faiz Melis haqlıdır. Onun mələk kimi ürəyi var. Mübahisə edirsən, barışırsan, amma o mənim həyatda ən yaxşı dostumdur”.

Aygün
Medicina.az



Seçilən
8
medicina.az

1Mənbələr