AZ

Məşhur hücumçunu birdəfəlik almağa çox yaxındır - “Qalatasaray”

“Qalatasaray” Viktor Osimhenin tam transferi üçün “Napoli” ilə danışıqların son mərhələsindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər sözləşmənin yekun detalları üzərində razılaşıblar.

Ötən mövsümü icarə əsasında İstanbul klubunda keçirən Osimhen komandanın hücum xəttinin əsas fiquruna çevrilib.

O, bütün turnirlərdə 41 matçda iştirak edib, 37 qol vurub və 8 məhsuldar ötürmə verib. Bu statistika “Qalatasaray” rəhbərliyini satınalma ilə bağlı düşünməyə vadar edib.

Nigeriyalı forvardın transfer məbləğinin 70 milyon avro civarında olacağı bildirilir.

Seçilən
10
sportinfo.az

1Mənbələr