AZ

Zavodun liftində bədbəxt hadisə baş veribVİDEO

Bakının Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, "Çinar" soyuducu zavodunun binasının liftində bədbəxt hadisə baş verib. 

Xezerxeber.az-ın məlumatına görə, hadisə iyulun 24-ü axşam saatlarında baş verib.

İKT üzrə mütəxəssis kimi əraziyə gələn 36 yaşlı Ruslan Rahim oğlu Əliyev binada işini yekunlaşdırandan sonra liftlə aşağı düşmək istəyib. Liftə daxil olan zaman şaxtaya yıxılıb. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Ərazidə yerləşən dülgər sexinin icarədarı Qorxmaz İbrahimxəlilov deyib ki, hadisə liftin nasazlığı səbəbindən baş verib.  

Xezerxeber.az Qorxmaz İbrahimxəlilovun açıqlamasını təqdim edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterial "Xəzər Xəbər"in 21:00 buraxılışında təqdim olunacaq. 

 

Seçilən
27
xezerxeber.az

1Mənbələr