AZ

"Marca": “Real” və “Mançester Siti” süni intellektə sərmayə yatırır

“Real Madrid”, “Mançester Siti”, “Bavariya”, həmçinin Braziliyanın “Palmeyras” və “Flamenqo” klubları komanda üzvlərinin tibbi xidmətini təkmilləşdirmək məqsədilə ciddi investisiyalar yatırırlar.

İdman.biz İspaniyanın nüfuzlu "Marca" nəşrinə istinadən xəbər verir ki, xüsusilə futbolçularda zədələrin proqnozlaşdırılması və qarşısının alınmasına kömək edəcək süni intellekt texnologiyalarının inkişafına vəsait ayrılır.

Mənbənin məlumatına əsasən, süni intellektin funksionallığı məşq yüklənməsi, zədə tarixi, yuxu keyfiyyəti, qidalanma, meydandakı nəticələr və hətta idmançının emosional vəziyyəti kimi müxtəlif məlumatların bir araya gətirilməsinə əsaslanır. Bu məlumatlar kameralar, sensorlar və hər detalı qeydə alan qurğular vasitəsilə toplanaraq insan tərəfindən aparılan analizdən daha dəqiq nəticə əldə olunmasına imkan yaradır.

Gözlənilir ki, süni intellektə qoyulan bu investisiyalar qısa müddətdə öz effektini göstərəcək və zədələrin sayını 30% azaltmağa kömək edəcək.

İdman.biz

Seçilən
24
idman.biz

1Mənbələr