AZ

Eçmiədzinin keçmiş meri barəsində cinayət işi açılıb

Ermənistanın Antikorrupsiya Komitəsi Eçmiədzinin keçmiş meri Diana Qasparyan barəsində cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və vəzifə səlahiyyətlərindən sui-istifadə faktları üzrə cinayət işi açıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndi (vəzifəli şəxs tərəfindən hakimiyyət və ya xidməti səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyətləri aşma) ilə açılıb. Bu əməl 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bundan başqa, mer barəsində 46-441-ci maddənin 2-ci hissəsinin 2-ci bəndi və 296-cı maddənin 3-cü hissəsinin 2 və 3-cü bəndləri (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) ilə açılmış cinayət işinə görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qurumdan qeyd ediblər ki, cinayət işi ibtidai istintaq mərhələsindədir.

Seçilən
32
7
report.az

8Mənbələr