AZ

Orban: Üçüncü dünya müharibəsi təhlükəsi artmaqdadır

Üçüncü dünya müharibəsi təhlükəsi artmaqda davam edir və beynəlxalq ictimaiyyət bu təhlükənin qarşısını almaq üçün əlindən gələni etməlidir.

Operativ Media xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban Azad Universitet və yay tələbə düşərgəsində çıxışı zamanı səsləndirib.

"Ən vacib sual bəlkə də budur: üçüncü dünya müharibəsi olacaqmı? Cavab isə belədir – dünya müharibəsinin başvermə ehtimalı getdikcə artır", – deyə M1 telekanalında yayımlanan çıxışında hökumət başçısı bildirib.

Bu fikrə sübut kimi o, vətəndaşların yeni dünya müharibəsi təhlükəsini real hesab etdiyi altı böyük ölkədə keçirilmiş sorğuların nəticələrini təqdim edib. Orbanın sözlərinə görə, "5-10 ildən sonra üçüncü dünya müharibəsi başlayacaq" fikrini fransızların 55%-i, ispanların 50%-i, italyanların 46%-i, amerikalıların 45%-i, ingilislərin 41%-i və almanların 41%-i bölüşür. “Bütün dünya müharibənin soyuq küləyini hiss edir”, – baş nazir əlavə edib.

O, xatırladıb ki, “dünya müharibələri heç vaxt qəfil başlamayıb, onların əvvəlində həmişə artan təhlükə əlamətləri olub”. Orbanın fikrincə, bu gün də belə əlamətlər müşahidə olunur. O, bu əlamətlər sırasında “böyük dövlətlər arasında rəqabətin artmasını”, silahlanma yarışını, hərbi xərclərin yüksəlməsini və silahlı münaqişələrin sayının artmasını qeyd edib. “1990-cı ildən 2025-ci ilə qədər dünyanın 100 ən böyük silah şirkətinin dövriyyəsi 1,5 dəfə artıb”, – hökumət başçısı vurğulayıb.

Seçilən
53
8
operativmedia.az

10Mənbələr