AZ

Dünyada cəhənnəm havası: Bu ölkələrdə rekord nəticələr qeydə alındı

BAKI, 26 iyul. TELEQRAF

Son günlər cihazla ölçmə nəticələrinə görə, dünya üzrə orta səth temperaturu 16.64 selsiyə çatdığı məlum olub.

Teleqraf xəbər verir ki, bu rəqəm 1992-2020-ci illərin orta göstəricisindən 0,38 dərəcə yüksək olmaqla rekord hesab olunur.

ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) təhlükəli istilərin davam edəcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Dünya üzrə ayrı-ayrı bölgələrdə hazırda hansı hava şəraiti müşahidə olunur?

Türkiyədə dünən altı ölçmə məntəqəsində havanın temperaturu 49 dərəcəni keçib.

Yunanıstanda Peloponnes yarımadasında havanın temperaturu 46 dərəcəyə çatıb. Albaniyanın cənub-qərbində yerləşən Vloredə temperatur 42,4 dərəcə, Sarayevoda isə 39 dərəcə ilə rekord qırıb.

Skandinaviya ölkələrindən olan Finlandiyanın Meteorologiya İnstitutu bəzi bölgələrdə 1961-ci ildə qeydlər başlayandan bəri ilk dəfə 14 gün ardıcıl 30 dərəcə selsi temperaturun qeydə alındığını bildirib.

İsveçdə də müxtəlif bölgələrdə gündüz temperatur 30 dərəcəyə çatıb.

Taylandın Çavanq şəhərində temperatur 36,5 dərəcəyə, Filippinin cənubundakı Mindanao adasındakı Suriqaoda isə 36,2 dərəcəyə çatıb.

İndoneziyanın Palu şəhərində havanın temperaturu 37 dərəcəyə yüksəlib.

Yaponiyada ən yüksək temperatur Otaru şəhərində qeydə alınıb. Burda istilik 34 selsiyə qalxıb.

Seçilən
7
teleqraf.com

1Mənbələr