AZ

Beynəlxalq arenada hamı Türkiyəni dinləyir - Belçika

BAKI, TurkicWorld

Francken Türkiyəyə səfəri çərçivəsində Belçika-Türkiyə ikitərəfli münasibətləri, müdafiə sənayesi sahəsində əməkdaşlıqlar və regional məsələlər barədə danışıb.

TurkicWorld xəbər verir ki, Francken Türkiyənin NATO-nun ən köhnə üzv dövlətlərindən biri olduğunu bildirib.

Francken, ölkəsinin rahat bir coğrafiyada yerləşdiyini, lakin Türkiyənin geosiyasi mövqeyinin son dərəcə mürəkkəb olduğunu qeyd edib.

Bu səbəbdən Türkiyənin son dövrlərdə müdafiə sahəsinə ciddi sərmayə yatırdığını bildirən Francken “Məncə, Türkiyə bu sahədə bir nümunədir. Həqiqətən böyük sərmayələr yatırır, çoxlu yeniliklər, texnoloji inkişaflar var – pilotsuz uçuş aparatları, lazer texnologiyalar var.” - deyə qeyd edib.

Francken bildirib ki, NATO üçün Türkiyənin etibarlı və əhəmiyyətli bir tərəfdaş olduğunu vurğulamaq məqsədilə bu səfəri həyata keçirib.

Türkiyə ilə Belçika arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlığa toxunan Francken, NATO daxilində ölkəsinin Türkiyə ilə birgə fəaliyyət göstərdiyini, ortaq layihələrin olduğunu, lakin bunun kifayət etmədiyini vurğulayıb.

Francken, sənaye sahəsində əməkdaşlığın az olduğunu deyərək bu vəziyyəti “çatışmazlıq” kimi dəyərləndirib.

Francken, yeni bir qarşılıqlı anlaşma memorandumuna ehtiyac olduğunu vurğulayaraq, gələn il bunu türkiyəli həmkarı ilə həyata keçirməyi ümid etdiyini söyləyib.

Seçilən
5
turkic.world

1Mənbələr