Moskva yaxınlığındakı "Krokus Sity Holl" konsert zalında terror aktını törədən dörd nəfər hadisədən bir gün əvvəl yeni smartfonlar və mətbəx bıçaqları alıblar.
Publika.az xəbər verir ki, bu barədə TASS iş materiallarına istinadən məlumat verib.
Bunun “Saifullo” təxəllüslü naməlum şəxsin göstərişi ilə edildiyi bildirilir. Həmçinin, hücumdan əvvəl iş üzrə müttəhimlər internetdən xüsusi təlim videoları yükləyiblər və onların köməyi ilə hücum zamanı istifadə etmək üçün sursat saxlamaq üçün parçadan jiletlər hazırlayıblar.
Terror aktı üçün silahlar onların əlaltıları tərəfindən qaraja gətirilib. Agentliyin əldə etdiyi məlumata görə, üç "Kalaşnikov" avtomatı, bir "Makarov" tapançası və ən azı 1381 patronun təhvil verilməsi də 21 mart 2024-cü ildə baş tutub.