AZ

“Milan”la “Yuventus” arasında dəyiş-düyüş baş tutacaq?

“Milan” və “Yuventus” yayda oyunçularını dəyişdirə bilərlər.

Publika.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

“Milan” “Yuventus”un və Serbiya millisinin hücumçusu Duşan Vlahovçla maraqlanır. “Rossoneri” serb forvard üçün müdafiəçisi Malik Tşaunu təklif etməyə hazırdır.

Vlahoviçin transfer dəyəri 35 milyon avro, Tşau isə 18 milyon avro qiymətləndirilir. “Yuventus” forvardı bu yay aktiv şəkildə satmağa çalışır, çünki onun müqaviləsi bir ildən sonra başa çatır və onlar yeni müqavilə ilə bağlı razılığa gələ bilməyiblər. Serb daha əvvəl digər klublardan gələn bir neçə təklifi rədd edib.

Seçilən
52
publika.az

1Mənbələr