AZ

Rodriqo De Paul “İnter Mayami”də - Rəsmi

Madrid “Atletiko”sunun argentinalı mərkəz yarımmüdafiəçi Rodriqo De Paul bundan sonra “İnter Mayami”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.

MLS təmsilçisi 31 yaşlı yarımmüdafiəçini bu ilin sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

Xatırladaq ki, De Paul 2021-ci ilin iyulundan “Atletiko”da çıxış edirdi. Yarımmüdafiəçinin “döşəkçilər”lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə De Paul “Atletiko”nun heyətində 53 oyuna çıxıb, 3 qol vurub, 10 məhsuldar ötürmə verib. Argentinalı futbolçunun “Atletiko” karyerası bütövlükdə 187 oyun, 14 qol və 26 assistdən ibarətdir.

De Paul daha öncə “Udineze”, “Rasinq” və “Valensiya”da da çıxış edib.

Rodriqo De Paul 2018-ci ilin oktyabrında debüt etdiyi Argentina yığmasının heyətində 78 oyuna çıxıb, 2 qol vurub, 11 məhsuldar ötürmə verib. Yarımmüdafiəçi 2021 Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022 Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
45
arena.az

1Mənbələr