AZ

Azərbaycan düyü idxalına çəkdiyi xərci 30%-ə yaxın azaldıb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycana 30,7 min ton düyüidxal edilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda məhsulun idxalına çəkilən xərc 29milyon ABŞ dolları olub.

Düyü idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsiilə 8,5 min ton və ya 21,7%, dəyər ifadəsi ilə 12,1 milyon ABŞdolları, yaxud da 29,4% azalıb.

Belə ki, ötən ilin birinci yarısında Azərbaycana 39,2 min tonmiqdarında, 41,1 milyon ABŞ dolları dəyərində düyü idxaledilmişdi.

İdxal olunan düyü cari ilin ilk altı ayı üzrə idxalın 0,25%-initəşkil edib.

Məqalədə:
Seçilən
11
az.trend.az

1Mənbələr