AZ

Azərbaycan və Gürcüstan təhsil sahəsində əməkdaşlığı genişləndirir

Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze Bakıya səfəri çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə işgüzar görüş keçirib.

Doğru.az  xəbər verir ki, görüşdə iki ölkənin təhsil sistemlərində aparılan islahatlar və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Nazir Givi Mikanadze bildirib ki, Gürcüstan azərbaycanlı şagird, tələbə və müəllimlərə dəstək məqsədilə bir sıra təşəbbüslər həyata keçirir. Bunlara məktəblərdə dil tədrisinin gücləndirilməsi və universitetlərdə tələbələrin maliyyələşdirilməsinin artırılması kimi proqramlar daxildir.

Tərəflər STEAM sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb və Gürcüstanda Azərbaycan tərəfindən STEAM mərkəzinin yaradılması təşəbbüsünə dəstək ifadə olunub.

Görüşdə həmçinin Gürcüstan və Azərbaycan nazirliklərinin nümayəndələrini bir araya gətirəcək işçi qrupunun yenidən fəaliyyətə başlaması barədə razılıq əldə olunub. Qrupun 2025-ci ilin avqust ayından bir sıra sahələr üzrə fəal fəaliyyətə başlayacağı qeyd edilib.

Tərəflər mövcud tərəfdaşlığın genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi ilə bağlı qarşılıqlı əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.

DOĞRU.AZ

Seçilən
10
dogru.az

1Mənbələr