AZ

Ağır xatirələr DNT-ni dəyişir – Stress beyində yaşlanmanı necə sürətləndirir?

Ağır

Stress təkcə psixi pozğunluqlara səbəb olmur, həm də beyin yaşlanmasını sürətləndirə bilər. Bu barədə KP.RU-ya Rusiya Federal Tibb və Bioloji Agentliyinin Koqnitiv və Psixoemosional Sağlamlıq Mərkəzinin psixiatrı Mixail Ovetçikov məlumat verib.Onun sözlərinə görə, stress müəyyən həyati funksiyalara cavabdeh olan genlərin fəaliyyətini “boğa” bilər:“DNT-də bizim haqqımızda bütün məlumat kodlaşdırılıb. Uşaqlıqda yaşanan ağır hadisə və ya uzunmüddətli gərginlik kimi stress amilləri bir sıra mürəkkəb biokimyəvi reaksiyaları işə salır. Bu proses zamanı DNT-nin bəzi hissələrinə ‘epigenetik etiketlər’ – xüsusi kimyəvi işarələr – yapışır,” – deyə həkim izah edib.Ovetçikov qeyd edib ki, məhz bu epigenetik dəyişikliklər beyin yaşlanmasını sürətləndirir. Bu da yaddaşın, diqqətin və konsentrasiyanın zəifləməsinə səbəb olur.Tamamilə aradan qaldırmaq mümkün olmasa da, bu neqativ təsirləri psixoterapiya, sağlam həyat tərzi və müntəzəm fiziki fəaliyyətlə azaltmaq mümkündür.Ulusum.az

Diqqət Çəkənlər

Starlink ÇÖKDÜ! Minlərlə istifadəçi internetsiz qaldı

Hərbi çağırışla bağlı mühüm toplantı – iyulun gedişatı dəyərləndirildi

Makron sentyabrda tarixi bəyanat verəcək: Fransa Fələstini rəsmən tanıyır

Seçilən
40
ulusum.az

1Mənbələr