Türkiyənin NTV telekanalı Ermənistanda yerləşən köhnəlmiş Metsamor Atom Elektrik Stansiyası barədə xəbər yayıb. Telekanalın xəbərində deyilir ki, Metsamer AES region ölkələri üçün ciddi təhlükə mənbəyi sayılır. Bu mövqeni bir çox ekspertlər bölüşür və sovet dövründə inşa olunmuş bu stansiyanı “saat mexanizmi ilə işləyən bomba” və “yeni mümkün Çernobıl” adlandırırlar.
Xəbər kanalının diqqət çəkdiyi əsas məqam stansiyanın seysmik fəallıq zonasına düşməsidir. “1976-cı ildə inşa olunan AES İrəvandan cəmi 35 kilometr, Türkiyə sərhədindən isə 16 kilometr məsafədə yerləşir. 1988-ci il zəlzələsindən sonra Ermənistan hakimiyyəti stansiyanın fəaliyyətini altı il müddətinə dayandırmışdı, lakin 1995-ci ildə onu yenidən işə saldı”, – deyə telekanal xatırladır.
Mətləb