AZ

İranda məhkəmə binasına silahlı hücum nəticəsində 6 nəfər ölüb, 22 nəfər yaralanıb - Yenilənib 

İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum nəticəsində ölənlərin sayı 6-ya çatıb...

“Report” xəbər verir ki, bu barədə “Tasnim news” agentliyi məlumat yayıb.

Bundan başqa, 22 nəfərin yaralandığı bildirilir.

Həlak olan və yaralananların əksəriyyəti mülki şəxslərdir, onların arasında bir qadın və bir uşaq da var.

***

İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum zamanı 5 nəfər həlak olub, 13 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Tasnim News” agentliyi məlumat yayıb.

Bildirilir ki, "Ceyş əl-Ədl" qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İranın təhlükəsizlik qüvvələri üç silahlının zərərsizləşdirildiyini bildirib.

Onların məlumatına görə, silahlı dəstə binaya soxularaq bir neçə qumbara partladıb və mühafizəçilərlə atışmaya girib. Döyüş bir neçə saat davam edib.

***

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum edilib.

“Report” “Azad Iran” kanalına istinadən xəbər verir ki, bir neçə silahlı şəxs binaya soxulub.

Hücum nəticəsində məhkəmə işçiləri və hərbçilər arasında ölən və yaralananlar var.

Şahidlər bildiriblər ki, hücum edənlər binanın içərisində atəş açıblar.

Zərərçəkənlərin dəqiq sayı hələlik açıqlanmır.

Poliqon.info 

Seçilən
22
3
poliqon.info

4Mənbələr