AZ

"Barselona"nın baş məşqçisi oyunçulara qadağalar qoydu

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandasının futbolçularının mətbuatda fəallığından narazılığını bildirib.

Oxu.Az bu barədə "Diario Sport" nəşrinə istinadla xəbər verir.

Mənbənin sözlərinə görə, alman mütəxəssis oyunçuların diqqətlərini futbola cəmləmələrini yaxşılaşdırmaq məqsədilə həddindən artıq əylənməyə qadağa qoyub və paltardəyişmə otağında əlavə məhdudiyyətlər tətbiq edib.

Nəşr qeyd edir ki, bu dəyişikliklərə səbəb kimi yarımmüdafiəçi Lamin Yamalın 18 yaşının qeyd edilməsi ilə bağlı qalmaqal göstərilir.

"Cebheinfo.az" 

Seçilən
78
cebheinfo.az

1Mənbələr