Bakı.Trend:
“Konstitusiya və Suverenlik İlinə” həsr olunan “Yay Fest2025” gənclər festivalı çərçivəsində “Humanizm”düşərgəsi təşkil edilib. 21-25 iyul tarixlərini əhatə edəndüşərgə müddətində 250 gənc humanist dəyərlər, emosionalanlayış və sosial məsuliyyət prinsipləri ətrafında biraraya toplaşaraq həm sosial bacarıqlarını, həm də bilikləriniartırıblar. “Humanizm” düşərgəsinin əsas məqsədi humanizmideyalarının gənclər arasında təşviq olunması və onların cəmiyyətəqarşı məsuliyyətli fərd kimi formalaşması olub.
Şamaxıda açıq hava şəraitində və çadır formatında baş tutan bufestival zamanı gənclər bir sıra maarifləndiricisessiyalar, motivasiyaverici çıxışlar, interaktiv təlimlər və panelgörüşlər vasitəsilə insan hüquqları, empatiya, könüllülükvə sosial məsuliyyət kimi mövzular ətrafında maraqlı müzakirələraparıblar. Eyni zamanda, gənclər üçün təşkil olunanmaster-klasslar, kvest oyunları, idman yarışları vəhaykinq onların sosiallaşmasına, yaradıcılıq və komandabacarıqlarının inkişafına xidmət edib. Şamaxı AstrofizikaRəsədxanasına təşkil edilən ekskursiya iştirakçılarınastronomiya elminə olan marağını artırıb.
Düşərgənin axşam proqramlarında gənclərin fərqliüslublarda hazırladığı səhnəciklər, DJperformansları, eləcə də tonqal ətrafındakeçirilən dostluq görüşləri və gənclərin sevimli müğənnilərin canlıifaları unudulmaz atmosfer yaradıb. Tonqal ətrafındaiştirakçılar öz səmimi təəssüratlarını bölüşərək buradaqazandıqları bilik və dostluqların onların həyatında dərin izburaxdıqlarını qeyd ediblər.
Avqustun 29-dək davam edəcək festival çərçivəsində “Milli-mənəvidəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”,“Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya”mövzularında mərhələli şəkildə 8 düşərgə keçiriləcək. Bu unikalplatforma ümumilikdə 2000-dən çox gənci əhatə edəcək.
Xatırladaq ki, “Yay Fest 2025” Azərbaycan RespublikasınınGənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan TələbəGənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatlarıİttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimaiBirliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Qeyd edək ki, gənclər http://yayfest.az/ veb-səhifəsi vasitəsiləqeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak etmək üçünseçimlərə qatıla bilərlər. Seçimlər zamanı 18-25 yaş arası ictimaifəallığı ilə seçilən gənclərə üstünlük veriləcək.
Bütün yeniliklərdən, maraqlı və dinamik proqramdan xəbərdarolmaq üçün “Yay Fest”in Instagram (www.instagram.com/yayfest.az/)səhifəsini izləyə bilərsiniz.