Ukrayna Silahlı qüvvələrinə məxsus PUA-lardan biri avtomobili vurub, daha sonra avtomobil alovlanıb. Avtomobilin içəridəki hər iki şəxs həlak olub. Onların şəxsiyyəti müəyyənləşdirilir.
“Stavropolda səhər saatlarında sənaye obyektlərinin ərazisinə uçuşlar qeydə alınıb. Ölən və xəsarət alan olmayıb”, - Stavropol diyarının rəhbəri Vladimir Vladimirov bildirib.
Medianın yazdığına görə, zərbə elektron mübarizə avadanlığı istehsal edən “Signal” radiozavodunadəyib. Burada cəbhə xəttindəki “Gardenia” aviasiya mühafizə stansiyaları və Amerikanın “E-2 Hawkeye” kimi uzaq mənzilli radar təyyarələrini sıxışdırmaq üçün nəzərdə tutulmuş “Topol-E yerüstü sistemləri istehsal olunur. Müəssisə Qərbin sanksiyaları altındadır.
Rusiyanın Müdafiə nazirliyi, öz növbəsində, gecə Ukraynaya məxsus 54 pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb.
— Newsfeed (@Newsfeed883920) July 26, 2025
Sahil İsgəndərov
AzVision.az