AZ

"Bavariya" Alexandro Qarnaço ilə maraqlanır

"Mançester Yunayted"in vingeri Alexandro Qarnaço "Bavariya" klubunun maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın “ESPN”ə istinadən verdiyi məlumata görə, Almaniya nəhəngi argentinalı futbolçunu hücumun cinah xəttini gücləndirə biləcək potensial transfer kimi dəyərləndirir və onun gələcəyi ilə bağlı vəziyyəti yaxından izləyir.

Mənbənin məlumatına görə, "Mançester Yunayted" danışıqlara açıqdır və "realist" təklifləri nəzərdən keçirməyə hazırdır. Lakin yayılan söz-söhbətlərə əsasən, Qarnaçonun özü karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə üstünlük verir.

19 yaşlı futbolçuya Premyer Liqadan maraq göstərən klublar arasında "Çelsi" və "Aston Villa" da yer alır. Qarnaço indiyədək "Mançester Yunayted"in heyətində 144 rəsmi oyunda meydana çıxaraq 26 qol vurub, 22 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Seçilən
18
90deqiqe.az

1Mənbələr