Bakı. Trend:
2024-cü ilin sonuna olan məlumata əsasən, İslam İnkişaf BankıQrupuna (IsDB) daxil olan İslam Özəl Sektorun İnkişafıKorporasiyası (ICD) 1999-cu ilin noyabrında təsis olunduğu gündənbəri Azərbaycana ümumilikdə 135,20 milyon ABŞ dolları həcmindəmaliyyələşdirməni təsdiqləyib.
Bu barədə TrendICD-nin illik hesabatına istinadən xəbər verir.
Həmin dövr ərzində faktiki ayrılmış vəsaitlərin (disbursların)həcmi 113,75 milyon ABŞ dolları təşkil edib.
Qlobal miqyasda isə 2024-cü ilin sonuna qədər ICD tərəfindəntəsdiqlənmiş ümumi maliyyələşdirmə həcmi 7,6 milyard ABŞ dollarınaçatıb, disbursların həcmi isə 5 milyard dolları ötüb.
Xarici valyutada olan xalis aktivlərə gəldikdə, ICD məlumatverib ki, 2024-cü il dekabrın 31-nə olan vəziyyətə görə, Azərbaycanmanatı ilə ifadə olunmuş vəsaitlərin həcmi 959 541 ABŞ dollarıtəşkil edib. Bu göstərici 2023-cü ilin sonunda 2 063 994 ABŞdolları idi.
2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 konfransında ICDiqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal tədbirlərə sadiqliyinitəsdiqləyib. ICD-nin təşkil etdiyi Yüksək Səviyyəli İqlimKoordinatorlarının Dialoqu çərçivəsində dövlət qurumlarınınnümayəndələri, investorlar və özəl sektor liderləri bir arayagələrək Paris Sazişinə uyğun şəkildə milli səviyyədə müəyyənedilmiş öhdəliklərin (NDCs) həyata keçirilmə yollarını müzakirəediblər.
Tədbir zamanı iştirakçı ölkələrin iqlim məqsədlərinə nailolunmasına yönəlmiş konkret strategiyalar və əməkdaşlıqmexanizmləri işlənib hazırlanıb. Əsas hadisələrdən biri, ICD-ninbirgə təşkilatçılığı ilə baş tutan və çoxtərəfli iqlim fondlarınaçıxış imkanlarına həsr olunmuş panel forumu olub. Forumda müraciətprosedurlarının mürəkkəbliyi, inkişaf etməkdə olan ölkələrdətexniki potensialın məhdudluğu və maliyyələşmə mexanizmlərinintəkrarlanması kimi əsas əngəllər müzakirə edilib.
Həll yolları kimi fondlara çıxışın sadələşdirilməsi, potensialınartırılması üzrə proqramların genişləndirilməsi və donorlararasında əlaqələndirmənin yaxşılaşdırılması təklif olunub ki, bu damaliyyələşmənin effektivliyinin artırılmasına xidmət edir.Dövlət-özəl tərəfdaşlığının iqlim layihələrinə investisiyalarıncəlb olunması baxımından xüsusi əhəmiyyət daşıdığına diqqətyetirilib.