"Yaxın aylarda Rusiyada daha çox sərnişin təyyarələrində qəzalar baş verəcəyi ehtimalı yüksəkdir. Rusiyanin mülki aviasiya parkı tənəzzül dövrünü yaşayır".
Newscenter.az xəbər verir ki, bunları hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, yerli istehsal olan təyyarələr 30-40 faiz təşkil edir və onlar artıq köhnəlib, yeni istehsal yoxdur, qalan aviaparkı isə xarici təyyarələr təşkil edir, amma onların ehtiyat hissələrinin əldə olunmasında sanksiya problemi var:
"Digər tərəfdən isə Rusiya səması mülki təyinatlı təyyarələr, o cümlədən öz təyyarələri üçün çox təhlükəlidir. Buna səbəb Rusiya HHM qoşunlarının hərbi təyyarə, PUA və mülki təyyarələri identifikasiya edən IFF sistemlərinin bərbad vəziyyətdə olması ilə bağlıdır. Daha əvvəl də Rusiya mülki təyyarəni vuraraq 300 nəfərə yaxın mülki sərnişinin həyatına son qoyub.
Odur ki, Rusiya səması uçuşlar üçün çox təhlükəlidir, bu ölkədə mülki aviasiya sahəsində daha böyük kataklizmlər qaçılmaz olacaq".
Anar Əliyev