AZ

Azərbaycanlı futbolçu Qırğızıstanda debüt oyununda qol vurdu

Azərbaycanlı hücumçu Orxan Əliyev Qırğızıstan Premyer Liqasında uğurlu debüt edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 14-cü turda onun komandası "Ozgon" səfərdə Bişkekin "Asiagoal" klubunu 2:0 hesabı ilə məğlub edib.

Yaxın günlərdə komandaya qoşulan Orxan Əliyev oyunda ilk qolu vurmağı bacarıb.

Qeyd edək ki, hazırda "Ozgon"" turnir cədvəlində 19 xalla 6-cı yerdə qərarlaşıb.

Milli.Az

Seçilən
52
milli.az

1Mənbələr