Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycana 22,4 min ton ətidxal edilib.
Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda ətinidxalına 47,2 milyon ABŞ dolları vəsait xərclənib.
Ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə4,1 min ton və ya 15,4%, dəyər ifadəsi ilə 11,4 milyon ABŞ dolları,yaxud da 19,5% azalıb.
Belə ki, 2024-cü ilin birinci yarısında Azərbycana 26,5 min tonmiqdarında, 58,6 milyon ABŞ dolları dəyərində ət idaxledilmişdi.
Ət idxalı cari ilin altı ayının idxalında 0,41% paya sahibolub.
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda quşəti də daxil olmaqla, diri çəkidə 293,5 min ton ət istehsal edilib.Ət istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 ton və ya 1,1%artıb. Ötən ilin ilk yarısında ölkədə quş əti də daxil olmaqla,diri çəkidə 290,3 min ton ət istehsal edilmişdi.