AZ

Pau Viktor “Barselona”nı “Braqa”ya dəyişdi

İspaniyanın “Barselona” klubunun futbolçusu, ispaniyalı hücumçu Pau Viktor bundan sonra “Braqa”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Portuqaliya klubu bu transfer üçün “Barselona”ya 12 milyon avo ödəyib. 23 yaşlı hücumçu yeni klubu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.

Pau Viktor 2024-cü ildən “Barselona”da çıxış edirdi. Kataloniya klubu onu ötən yay “Jirona”dan 2,7 milyon avroya almışdı. Viktorun İspaniya çempionu ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi var idi.

Pau Viktor “Jirona”nın yetirməsidir. O, bu klubun əsas komandasında 11 oyuna çıxsa da, fərqlənə bilməyib. 2022/2023 mövsümünü “Sabadell”də icarədə keçirmiş gənc forvard, 2023/2024-cü illər mövsümündə də “Barselona”nın B komandasının şərəfini qorumuşdu. O, “Barsa Atletik”də 39 oyuna 20 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Viktorun “Barselona”nın əsas komandasındakı göstəriciləri isə belədir: 29 oyun, 2 qol, 1 məhsuldar ötürmə.

“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
70
arena.az

1Mənbələr