"Real Madrid"in ukraynalı qapıçısı Andrey Lunin yeni mövsümə İngiltərə nəhəngində başlaya bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı MSN yayıb.
Məlumata görə, 25 yaşlı qolkiperin xidmətində "Mançester Yunayted" maraqlıdır. Mənbə "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorimin rəhbərlikdən yeni "çərçivə" qoruyucusu istədiyini vurğulayıb. Hazırda əsas hədəfin "Aston Villa"nın qapıçısı Emiliano Martines olduğu, bu transfer alınmayacağı halda, MY-nin Lunini heyətə qatmaq üçün hərəkətə keçəcəyi bildirilib.
Qeyd edək ki, son mövsümdə "Real" forması ilə bütün turnirlərdə 14 matça çıxan Lunin 19 qola üzülüb. O, 6 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.
Nihat