AZ

“İnter Mayami” Messi ilə dünya çempionu olan futbolçunu transfer etdi

Rodriqo De Paul “Atletiko Madrid”dən ayrılıb.

Publika.az xəbər verir ki, o, karyerasını Lionel Messinin çıxış etdiyi “İnter Mayami”də davam etdirəcək. Bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

İnsayder Fabritsio Romanonun verdiyi xəbərə görə, transfer məbləği 15 milyon avro təşkil edir.

31 yaşlı mərkəz yarımmüdafiəçisi “Atletiko”ya 2021-ci ildə qoşulmuşdu. Bu müddət ərzində 187 oyunda iştirak edərək 14 qol vurub, 26 məhsuldar ötürmə verib.

Seçilən
42
publika.az

1Mənbələr