"Çelsi" "Ayaks"ın müdafiəçisi Jorrel Hato ilə müqavilənin detalları barədə razılığa gəlib.
Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, 19 yaşlı niderlandlı İngiltərə çempionatına keçməkdə maraqlıdır.
"Transfermarkt" portalı futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.
2024/25 mövsümündə Hato bütün yarışlarda 50 matçda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.