AZ

İranda məhkəmə binasına silahlı hücum edilib, ölənlər var - VİDEO

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum edilib.

Bizim.Media xəbər verir ki, bu haqda Bəluc fəallarına məxsus “Haalvsh” (Halvəş) teleqram kanalı məlumat yayıb.

Məlumata görə, bir neçə silahlı şəxs binaya daxil olaraq binanın içərisində atəş açıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, hücum zamanı binada olan məhkəmə işçiləri və təhlükəsizlik qüvvələri arasında ölən və yaralananlar var.

İlkin məlumata görə, məhkəmə binasına edilən hücuma görə məsuliyyəti İranda fəaliyyət göstərən sünni silahlı qruplaşma “Ceyş ul-Ədl” üzərinə götürüb.


Bizim.Media

Seçilən
85
bizim.media

1Mənbələr