Olaylar.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.
Təşkilatın məlumatına görə, Sultan Rayev bu nüfuzlu beynəlxalq mükafata layiq görülən ilk qırğız yazıçısıdır.
Sultan Rayev - əsərləri bir çox dillərə tərcümə olunmuş və beynəlxalq mükafatlara layiq görülmüş tanınmış qırğızıstanlı yazıçıdır. O, 2022-ci ildən etibarən TÜRKSOY - Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi vəzifəsində çalışır.
WOW-un nizamnaməsinə əsasən, qızıl medalın laureatları təşkilatın Ali Ədəbiyyat Şurasının üzvü olurlar.
Qeyd edək ki, Dünya Yazıçılar Təşkilatı (World Organization of Writers, WOW) ədəbi əməkdaşlığın inkişafı və mənəvi-dəyərlər sisteminin təbliği məqsədilə yaradılmış beynəlxalq təşkilatdır. Təşkilat 2 fevral 2023-cü ildə Misirdə keçirilən VI Avrasiya Ədəbiyyat Festivalı - "LİffT" çərçivəsində təsis olunub. WOW-un qərargahı Moskvada yerləşir. Təşkilatın prezidenti şairə Marqarita Alıdır.