AZ

Orxan yeni komandasında qolla debüt etdi

Azərbaycanlı hücumçu Orxan Əliyev Qırğızıstan Premyer Liqasında uğurlu debüt edib. “Turan Tovuz”dan ayrılaraq “Ozgon”a keçən hecumçu debüt oyununda qol vurub.

Fanat.Az xəbər verir ki, onun komandası səfərdə Bişkek “Asiagoal”ı ilə  qarşılaşıb.

14-cü tur çərçivəsində keçirilən matçda hesabı Orxan açıb. Oyun qonaqkarın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, hazırda 19 xalı olan “Ozgon” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Seçilən
66
1
fanat.az

2Mənbələr