Zaqatalanın Aşağı Tala kənd bələdiyyəsinin həyətyanı sahəsində yerləşən ümumi gücü 400 kv/v olan transformatorda yanğın baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğının genişlənərək ətraf əraziyə yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində transformatorun yağ çəni və 2 paqometr kabel yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsi əməkdaşlarının səyi nəticəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülüb.
Transformatorda baş verən yanğınla bağlı kəndin bir hissəsinə 2 saatdan çox elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta