Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Corab satdığı görüntüləri yayıldıqdan sonra diqqət mərkəzinə düşən aktyor Allahverdi Yolçuyev Baku TV-yə açıqlamasında işlə təmin olduğunu deyib:
"Sevindiyimdən o qədər ağladım ki, Musiqi Komediya Teatrında məni işə bərpa etdilər".
Oxu.Az-ın əməkdaşı işin nədən ibarət olduğunu öyrənmək üçün aktyorun özü ilə saxlayıb.
O, saytımıza açıqlamasında məlumatı təkzib edib, bildirib ki, hələ işlə təmin olunmayıb, yalan məlumat yayılıb:
"Musiqili Komediya Teatrından əmək kitabçamı istədilər. Amma iş üçün istəyib-istəmədiklərini demədilər. Çox güman ki, həftənin ilk günü məlumat çıxar. Mənə konkret olaraq işlə təmin olunduğum deyilməyib, sadəcə, maraqlanıblar".
Məhərrəm Əliyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.