Naməlum silahlı şəxslər İranın Sistan-Bəlucistan bölgəsinin Zahidan şəhərində yerləşən məhkəmə binasına hücum ediblər.
Operativ Media bu barədə İran mediasına istinadən xəbər verir.
Bildirilib ki, hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım maşınları cəlb olunub.