AZ

Dəhşətli qəza- ölənlər var

Ajans.az xəbər verir ki, səlahiyyətli şəxslərin bildirdiyinə görə, cümə günü Limadan La Merced şəhərinə gedən bir avtobus qəzaya uğrayıb, nəticədə azı 15 nəfər həlak olub, təxminən 30 nəfər isə yaralanıb. Junin bölgəsinin səhiyyə direktoru Clifor Curipaco bildirib ki, avtobus yoldan çıxaraq Palca rayonunda dərəyə aşıb. Tarma şəhərindən səhiyyə rəsmisi Aldo Tineo qeyd edib ki, səlahiyyətli şəxslər 15 meyitin şəxsiyyətini müəyyənləşdirməyə çalışırlar. Expreso Molina Líder Internacional şirkətinə məxsus ikimərtəbəli avtobus qəzaya uğrayarkən 60-dan çox sərnişin daşıyırmış və çaya yaxın bir ərazidə tərs çevrilmiş vəziyyətdə yerə çırpılıb.

Yerli televiziya qəza yerindən görüntülər yayımlayıb, videolarda avtobusun iki yerə bölündüyü görünür.

Seçilən
63
Ajans.az

1Mənbələr