Bakı. Trend:
Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Foşan şəhərindəəsas daşıyıcıları ağcaqanadlar olan çikunqunya virusuna yoluxmahallarının sayı son 2 həftədə 4014- ə çatıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir
Məlumata görə, Çikunqunya virusu hallarının Çinin cənubəyalətlərində artdığı müşahidə olunur.
Rəsmilər Foşan şəhərində yoluxma sayının son iki həftədə 4 min14 nəfərə çatdığını bildiriblər. Onların sözlərinə görə,yoluxmaların 90 faizi şəhərin Şunde bölgəsində qeydə alınıb vəxəstələr xəstəxanalarda müalicə olunurlar.
Ümumdünya Səhiyyə Təşkilatına görə, ağcaqanad sancması iləötürülən çikunqunya virusu qızdırma və oynaq ağrısına səbəbolur.
Nadir hallarda ölümə səbəb olan çikunqunya virusunun müalicəsiüçün təsdiqlənmiş 2 peyvənd mövcuddur.