AZ

Joze Mourinyo: “Mənim gələcəyim hələ qabaqdadır”

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo gələcəyi ilə bağlı sualı cavablayaraq, qarşıdakı planlarını açıqlayıb.

Arena.az ESPN şəbəkəsinə istinadən, 62 yaşlı portuqal mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Əlbəttə, mən Portuqaliyaya işləməyə qayıdacağam. Bu, hələ baş verməyib, amma baş verəcək. Özü də, karyeramın başa çatdığını hiss etdiyim üçün deyil. Mən bundan uzağam. Mən Portuqaliyaya “qızıl təqaüd” və ya karyeramın son illəri naminə getmək istəmirəm. Mən Portuqaliyaya karyeramın zirvəsində gəlmək istəyirəm – əla sağlamlıqda, fiziki və mənən möhkəm ikən. Mən hökmən qayıdacağam”, deyə Mourinyo qətiyyətlə vurğulayıb.

“Mour” klub və ya milli komanda ilə işlə bağlı sualı isə qısaca olaraq “hansı olsa” deyə cavablayıb. Həmçinin Joze Mourinyo onu nəyin ilhamlandırdığını açıqlayıb:

“Məni nə hərəkətə gətirir? Mən növbəti oyunda qalib gəlmək istəyirəm, mənə, məşğul olduğum iş xoş gəlir. Mən davam etməmək, özümü gənc hiss etməmək üçün heç bir səbəb görmürəm. Bundan başqa, mənim ailəm var ki, məni ilhamlandırmaqda davam edir, deyir ki, mənim qarşıda hələ çox işim var, hələ çox iş görmək gərəkdir.

Mən 20 il əvvəl işə başlamış Mourinyo ilə, mövsümlərə necə hazırlaşmağı, məşq etməyi, məşqləri necə qəbul etməyi, mənimlə işləyən kəslərlə əlaqə qurmaq cəhdləri baxımından indiki Mourinyo arasında heç bir fərq görmürəm. Mən heç bir fərq görmürəm. Sadəcə olaraq mən o günü təsəvvür etmirəm ki, bir gün deyəcəyəm: “Baxın, mənim karyeramın sonu yaxınlaşır, mən daha 5, 10 il işləmək fikrindəyəm”. Mən belə bacarmıram”, – “A Bola” dərgisi “Canal 11” televiziyasına istinadla Mourinyodan sitat gətirir.

Xatırladaq ki, Joze Mourinyo 2024-cü ilin iyul ayında “Fənərbaxça”nın sükanı arxasına keçib. Portuqal mütəxəssis İstanbul klubu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Portuqal mütəxəssis karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted”, “Tottenhem” və “Roma”nı çalışdırıb. “Mour” sükanı arxasında olduğu komandalarla həmişə uğura nail olmağı bacarıb. Portuqal mütəxəssisin çalışdırdığı kollektivləri səciyyələndirən cəhət, hətta qənimət qazanmasalar belə, oyun keyfiyyəti baxımından tərəqqiyə nail olmaqları olub ki, bu da Joze Mourinyonun futbol dünyasının ən nüfuzlu mütəxəssislərindən biri olaraq qəbul edilməsini şərtləndirir.

Seçilən
34
arena.az

1Mənbələr