Bakı. Trend:
Tayland münaqişənin ilkin zonasından kənara çıxaraq Kambocanınbəzi bölgələrinə qarşı hücum əməliyyatlarını genişləndirib.
Trend xəbər verirki, bu barədə Kamboca Milli Müdafiə Nazirliyinin sözçüsü,general-leytenant Mali Soçheat bəyan edib.
Onun sözlərinə görə, iyulun 24-dən etibarən Tayland ordusu təkcəKamboca hərbi mövqelərinə deyil, həm də mülki obyektlərə, ocümlədən məktəblərə, yanacaqdoldurma məntəqələrinə və yaşayışməntəqələrinə zərbələr endirir. Bu hücumlarda ağır döyüşsursatlarından və hərbi texnikadan, o cümlədən F-16 qırıcılarındanvə kaset bombalarından istifadə olunub.
Bundan əlavə, Tayland Kambocanın Koxkonq və Pousat vilayətləriilə həmsərhəd olan Trat və Çantxaburi əyalətlərinin bəzibölgələrində hərbi vəziyyət elan edib və Bantey-Miençey vilayətiilə sərhəd boyunca əlavə hərbi qüvvələr və silahlaryerləşdirib.