AZ

Paşinyan Aİ ilə əməkdaşlığı davam etdirmək istəyini TƏSDİQLƏDİ

Rusiya hökumətinin məlumatına görə, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Baş naziri Mixail Mişustinlə Altay Respublikasının Manjerok qəsəbəsində keçirilən görüş zamanı ölkəsinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib. Görüş beynəlxalq ekoloji konfrans çərçivəsində baş tutub.

Bu barədə News24.az Anadolu Agentliyinə istinadən xəbər verir. 

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk görüşdən sonra jurnalistlərə açıqlamasında “Ümumilikdə Ermənistan – bu gün də müzakirə olundu – Aİİ çərçivəsində işini davam etdirmək əzmindədir,” deyə bildirib.

Qeyd edək ki, son illərdə Ermənistan ilə Avropa İttifaqı arasında yaxınlaşma müşahidə olunur. Bu ilin mart ayında Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun qəbul edib və sənəd apreldə Prezident Vaaqn Xaçatryan tərəfindən imzalanıb.

Rusiya isə bu təşəbbüsü Ermənistanın Aİİ-dən uzaqlaşma niyyəti kimi dəyərləndirir. Görüş zamanı həmçinin Cənubi Qafqaz regionundakı məsələlər də müzakirə olunub. Overçuk söhbəti “çox faydalı” adlandırıb.

Ticarət dövriyyəsindəki azalma və Rusiya investisiyalarının artırılması da tərəflərin müzakirə etdiyi mövzular sırasında olub.

Xeyrənsə Piriyeva

Seçilən
62
news24.az

1Mənbələr