AZ

Çində bu virusa yoluxma sürətlə artır

BAKI, 26 iyul. TELEQRAF

Çinin cənubundakı Quanq-donq əyalətinin Foşan şəhərində son iki həftədə ağcaqanadlarla yoluxan çikunqunya virusuna yoluxma hallarının sayı 4014-ə yüksəlib.

Teleqraf xəbər verir ki, yoluxmada artım əsasən ölkənin cənub əyalətlərində müşahidə olunur.

Rəsmilər bildiriblər ki, hadisələrin 90 faizi şəhərin Şunde rayonunda baş verib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ağcaqanad dişləməsi ilə keçən çikunqunya virusu qızdırma və oynaq ağrılarına səbəb olur.

Nadir hallarda ölümlə nəticələnir.

Xəstələrinin müalicəsi üçün iki təsdiqlənmiş peyvənd mövcuddur.

Seçilən
36
1
teleqraf.com

2Mənbələr