AZ

Rusiyada partlayış: ölənlərin sayı artdı

Rusiyanın Saratov vilayətində yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Axar.az xəbər verir ki, xilasedicilər beton qalıqlar altından daha 1 cəsəd aşkar ediblər.

Bildirilib ki, dağıntılar altında daha 4 nəfər - 3 böyük və 1 uşaq ola bilər. Onların yeri hələlik müəyyən edilməyib, rəsmi olaraq itkin düşmüş hesab olunurlar.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin, polisin və tibb işçilərinin əməkdaşları işləyirlər.

Seçilən
33
1
axar.az

2Mənbələr