AZ

İtaliyada meşə yanğınları ilə mübarizə aparılır

Roma, 26 iyul, AZƏRTAC

İtaliyanın Siciliya adasında meşə yanğınları ilə mübarizə davam edir.

AZƏRTAC xəbər verir ki, adanın qərbindəki Trapani və Palermo şəhərləri arasında, eyni zamanda, şərq hissəsində, Mineo və Kataniya şəhərlərinin ətrafında müxtəlif yerlərdə çoxsaylı meşə yanğınları baş verib. Həftənin əvvəlindən isə Palermo şəhəri ətrafında 50-dən çox yanğın baş verib.

Güclü külək nəticəsində alov bəzi ərazilərdə tikililərə keçib, magistral yollara yaxınlaşıb. Partiniko bölgəsində ehtiyat tədbiri olaraq 30-dək ev təxliyə edilib.

Bundan başqa, Sardiniya adasının cənubunda meşə yanğınları baş verib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
53
1
azertag.az

2Mənbələr