AZ

İngiltərədə uşaqlar üçün sosial media məhdudiyyətləri

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

İngiltərədə uşaqları qorumaq və ekran asılılığının qarşısını almaq üçün sosial mediadan istifadəyə məhdudiyyətlər gündəmdədir. Bu kontekstdə 16 yaşdan kiçik uşaqlar üçün gündəlik iki saatlıq və gecə saatlarında sosial mediadan istifadə məhdudiyyəti nəzərdə tutulur.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, texnologiya naziri Peter Kayl gənclərin "nəzarətsiz onlayn davranışlarına" qarşı tədbirlər görüləcəyini bəyan edərək, hökumətin uşaqlara onlayn vaxtlarına nəzarət etmələrinə kömək etmək istədiyini bildirib. Təklif olunan tənzimləmə əksər valideynlər tərəfindən də dəstəklənir.

Məhdudiyyətlərin faydalı olacağına inanan valideynlərdən biri: "Məncə, uşaqların dopamin reseptorları hələ inkişaf etməyib, ona görə də onlar nə qədər çox məlumata məruz qalsalar, bu reseptorlar bir o qədər çox siqnal alır və bu, böyüdükcə onlara təsir edir. İnternetdə uşaqların məruz qalmaması lazım olan çox şey var, ona görə də onların bu şeylərə girişi məhdudlaşdırılmalıdır", - deyə bildirib.

Başqa bir valideyn: "Sosial mediada mütləq çox şey var və bu, uşaqlara təsir edir. Ona görə də məhdudiyyətlər olmalıdır. Uşaqlar sosial mediaya diqqət yetirməkdənsə, valideynlərlə daha çox vaxt keçirməlidirlər. Sosial mediada baş verənləri bilmək yaxşıdır, amma məhdudiyyətlər olmalıdır", - deyib.

Parlamentin Təhsil Komitəsinin məlumatlarına görə, Böyük Britaniyada "COVID-19" pandemiyası zamanı uşaqların ekranda qalma müddəti 52 faiz artıb.

Bu arada, keçən cümə günü İngiltərədə uşaqları onlayn qorumaq üçün bir sıra qaydalar qüvvəyə minib. Britaniyanın media nəzarətçisi "Ofcom" tərəfindən müəyyən edilən yeni qaydalara əsasən, sosial media platformalarından uşaqlar üçün zərərli olan məzmunu süzgəcdən keçirmək üçün alqoritmlərini tənzimləmək tələb olunacaq.

Qadir, Bizimyol.infi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
icma.az

1Mənbələr