AZ

Gələcəyin Corvette modeli nümayiş olundu

ain.az bildirir, Oxu.az portalına istinadən.

"General Motors" konserninin Kaliforniyada yerləşən "Pasadena Advanced Design" dizayn studiyası gələcək "Chevrolet Corvette" layihəsini təqdim edib.

Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, bu, 10-cu nəsil "Corvette" modelinin necə görünə biləcəyi mövzusunda bir nümunədir.

Hazırda bazarda modelin səkkizinci nəsli mövcuddur. Dizaynerlərin fikrincə, növbəti mərhələdən sonra "Corvette" tam elektriklə işləyən hiperkar olacaq.

Yeni hiperkarın ölçüləri belədir: 2 767 millimetrlik təkər bazası ilə ümumi uzunluğu 4 669 mm, eni 2 184 mm, hündürlüyü isə cəmi 1 051 mm təşkil edir. Bu göstəricilərlə konsept model mövcud "Corvette C8"dən bir qədər uzun və xeyli daha alçaqdır.

Təkər disklərinin ölçüləri ön hissədə 21 düym, arxa hissədə isə 22 düymdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
4
oxu.az

5Mənbələr