Çəyirtkə sürüsü Kiyevi istila edib.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “Teleqraf” nəşri məlumat yayıb.
Nəşr bildirir ki, hazırda böyük həşərat kütlələri regiondan regiona hərəkət edərək Dnepropetrovsk, Odessa və Zaporojye vilayətlərini istila edir.
Bir sürü gündə təxminən 20 km uçur. Onlar bir neçə dəqiqənin içində məhsulu yeyir, tarlaları və yaşıl örtüyü məhv edirlər.