AZ

Fransada doğum nisbətində azalma qeydə alınıb

Bakı. Trend:

Fransada 2024-cü il iyunun 1-dən 2025-ci il mayın 31-dək 651 minşəxs vəfat edib, 650 min körpə dünyaya gəlib. İkinci Dünyamüharibəsindən bəri ilk dəfə qeydə alınan bu göstərici demoqrafiyaüzrə tədqiqatçıların fikrinə görə, artıq gecikmiş bir nəticədir vəonun uzunmüddətli təsirləri çox ciddi ola bilər.

Trend xəbər verir ki, FransaStatistika İdarəsi (Insee) bu vəziyyətin əvvəllər 2027-ci ildə başverəcəyini proqnozlaşdırsa da, trendlər dəyişdi və bu tarixi dönüş2025-ci ildə baş verdi. Bildirilir ki, doğum nisbətində azalma2007-ci ildən bəri davam edir, lakin gözlənilən canlanma başvermədi. İnsanlar ailə qurmaq və ya uşaq sahibi olmaq qərarını dahagec verirlər. Eyni zamanda, uşaq istəməyənlərin sayı da artır.25-29 yaşlı şəxslərin 20 faizi valideyn olmağa tərəddüd edir.

Digər tərəfdən isə əhalinin yaşlanması səbəbi ilə ölüm sayı həril artır. 1945–1973-cü illər arasındakı “baby-boom” nəsli indi 85yaşını keçməkdədir – bu isə təbii ölüm sayını artırır. 2024-cü ilinqışında güclü qrip dalğası bu tendensiyanı daha da gücləndirib.Qeyd edilir ki, bu tendensiya təkcə Fransada yox, bütün Avropadamüşahidə olunan bir fenomendir. Sadəcə Fransa bu vaxta qədər müsbətdemoqrafik saldosunu qoruyub saxlaya bilmişdi. Artıq bu dadəyişib.

Mütəxəssislər bildirirlər ki, bu demoqrafik dəyişikliklərin əsastəsirləri 2030-cu illərdə özünü göstərəcək. Uşaqların azalmasıiqtisadiyyata mənfi təsir göstərəcək. Bu, gələcəkdə əmək bazarındaiştirak edənlərin, eləcə də istehlakçıların sayının azalmasıdır.Azalan doğumlar səbəbi ilə uşaq müəssisələri bağlana bilər, xüsusəndə kənd rayonlarında bu, yerli icmalar üçün dağıdıcı ola bilər. 20ildən sonra pensiya sisteminə töhfə verəcək insanların sayıazalacaq, baxım işçilərinə tələbat artacaq, amma təminat olmayacaq.Sağlamlıq sistemində, siyasətdə və resurs bölgüsündə yaşlılarlagənclər arasında qarşıdurma riski artacaq.

Seçilən
53
az.trend.az

1Mənbələr